Məxfiliyin qorunması

Bu müqavilənin mətninin yayılması bütün maraqlı şəxslər tərəfindən, bundan sonra Vəkalət alan,adlandırılan fiziki şəxslərə, hüquqi şəxs yaratmayan sahibkarlara və AR-in rezident hüquqi şəxslərinə ünvanlanmış müştəri qismində qoşulma barədə müqavilə bağlamağa publik oferta kimi nəzərdən keçirilməlidir.

1. Müqavilənin şəxslərə görə qüvvəsi

1.1. Müqavilə fiziki şəxslərə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşqul olan fiziki şəxslərə (fərdi sahibkarlara) və Azərbaycan Respublikasının rezidentləri olan hüquqi şəxslərə aid edilir.
1.2. Tərəflər bildirirlər ki, bu müqaviləni bağlamaq üçün qanuni səlahiyyətlərə malikdirlər. Bu müqaviləni imzalamış şəxslər bu hərəkətləri etmək üçün bütün hüquqlara malikdirlər.

2. Müqavilədə istifadə edilən terminlər

Avans - müştəri tərəfindən vəkalət alana verilən və vəkalət alan tərəfindən müştərinin operator qarşısındaki pul öhdəliklərini icra etmək və müştərinin digər tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutlan pul vəsaitidir. Müştərinin tapşırığı vəkalət alan tərəfindən yerinə yetirilənədək, müştəri avans üzərində mülkiyyət hüququnu saxlayır.
Ödəmə terminalı - Sifarişlərin müştəridən operatora ötürülməsi və müştəridən avansın alınması üçün vəkalət alan tərəfindən istifadə olunan, nəzarət-kassa aparatları üzrə Dövlət İdarələrarası Ekspert Komissiyasının "Ticarət aparatları" kateqoriyası üzrə onların əhali ilə pul hesablaşmalarının aparılması zamanı istifadəsinə icazə verilməsi nöqteyi-nəzərindən tələblərinə cavab verən proqram-aparat kompleksidir.
Xidmətlərin alınması üçün sifariş (bundan sonra Müqavilədə «Sifariş» adlandırılacaq) - Müştəri tərəfindən tərtib edilmiş, Müştərinin Operatorun Rabitə Sistemində müəyyən həcmdə xidməti almaq istəyini bildirən, alınacaq xidmətin təsvirini və onun pul ifadəsində həcmini əks etdirən bildiriş. Sifariş aşağıdakı formalarda (lakin onlarla məhdudlaşmayaraq) verilə bilər: radiotelefon və kompüter rabitəsi kanalları ilə Operatora pul ifadəsində əvvəlcədən müəyyənləşdirilmiş xidmət həcminə uyğun gələn şifrələnmiş rəqəm açarını ötürülməsi (PIN-kod). Operatorun müəyyən etdiyi forma üzrə xidmətin alınması, sifarişinin elektron rabitə kanalları vasitəsilə ötürülməsi, həmçinin tərəflərin razılaşdırdığı digər formalarda.
Müştəri E-GovPay sistemi üzrə tapşırıq müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs .
Qalıq kartı - Vəkalət alan tərəfindən Müştəriyə verilən, avans məbləğinin edilmiş Sifarişlərin məbləğindən artıq olan hissəsini əks etdirən arayış sənədidir. Qalıq kartı unikal rəqəm identifikatoruna (PIN-kod) malikdir ki, onun vasitəsilə Vəkalət alan öz uçotunda birtərəfli qaydada Avans məbləğinin edilmiş Sifarişlərin məbləğindən artıq olan hissəsini müəyyənləşdirir və identifikasiya edir. Qalıq kartı ödəniş vasitəsi, ilkin mühasibat uçotu sənədi, ciddi hesabat blankı və ya fiskal çek deyildir, lakin sonrakı Sifarişlər zamanı ödənilmiş Avansın müsbət qalığının təsdiq edilməsi üçün istifadə edilə bilər.
Operator (operatorlar) - Müştərilərə xidmət göstərən hüquqi şəxs (şəxslər).
Vəkalət alan - Müştərinin tapşırığı ilə onun adından və onun hesabına Operatorun billinq sisteminə Müştərinin daxil olması ilə bağlı hüquqi və digər hərəkətləri yerinə yetirən hüquqi şəxsdir.
Operatorun xidmətləri - bilavasitə rabitə xidmətləri və bu xidmətlərin həmi və xərclərin Müştərilər arasında bölünməsi (billinq) əsasında göstərilmiş xidmətlərin dəyərinin uçotu sistemi daxil olmaqla (lakin bununla məhdudlaşmayaraq) rabitə xidməti göstərən hüquqi şəxs (Operator) ilə bu xidmətlərin istehlakçısı (Müştəri) arasında təşkil olunmuş qarşılıqlı əlaqə.

3. Müqavilənin predmeti

3.1. Müştəri Vəkalət alana muzd müqabilində onun (Müştərinin) adından və onun (Müştərinin) hesabına Operatorla mülki-hüquqi müqavilələr bağlamağı tapşırır.
3.2. Müştəri tapşırır, Vəkalət alan isə bu tapşırığı qəbul edərək Müştərinin adından Operatora onun (Operatorun) müəyyən həcmdə xidmətlərini almaq Sifarişini ötürür.
3.3. Müştəri Vəkalət alana Sifarişin dəyərinin 100%-i həcmində avans verir və bu Müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş hərəkətlərin yerinə yetirilməsi nəticəsində Sifarişçinin Operator qarşısında yaranmış pul öhdəliklərinin icra edilməsini ona (vəkalət alana) həvalə edir.
3.4. Vəkalət alan Müştəriyə Müqavilə ilə nəzərdə tutulmuş digər xidmətləri göstərir.

4. Vəkalət alanın hüquqları və öhdəlikləri

4.1. Vəkalət alanın öhdəlikləri:
4.1.1. Operatorun müəyyən həcmdə xidmətlərinin alınması barədə Müştərinin Sifarişlərinin Operatorlara ötürülməsi üzrə tapşırıqları yerinə yetirmək. Operatorun xidmətlərinin alınması üzrə əqdlərlə bağlı hüquq və vəzifələr bilavasitə Müştəridə yaranır.
4.1.2. Müştərinin Sifariş etdiyi həcmdə Müştərinin Operatorun xidmətlərinin alınması ilə bağlı əqdlər üzrə pul öhdəliklərini öz adından, lakin Müştərinin verdiyi avans hesabına icra etmək.
4.1.3. İnformasiya təhlükəsizliyi qaydalarına əməl etmək.
4.1.4. Müqavilə üzrə öhdəliklərin icrası zamanı Vəkalət alana məlum olmuş informasiyanın qorunmasını (konfidensiallığını) təmin etmək.
4.1.5. Müştəri ilə Operator arasında yaranan mübahisələrin həllində iştirak etmək.
4.1.6. Müqavilədə nəzərdə tutulmuş digər öhdəlikləri icra etmək.
4.2. Vəkalət alanın hüquqları:
4.2.1. Avans məbləğindən ona çatacaq muzdu Müqavilədə nəzərdə tutulmuş həcmdə, qaydada və müddətlərdə tutmaq.
4.2.2. Əhəmiyyətli nasazlıqlar, səhvlər və çatışmazlıqlar aşkar edildikdə və həmçinin profilaktik işlərin aparılması və resurslara icazəsiz daxilolmaların qarşısının alınması məqsədilə özünün proqram və (və ya) aparat vasitələrinin işini dayandırmaq.
4.2.3. Elektron sənəd dövriyyəsi qaydalarına qoyulmuş tələblərə Müştəri tərəfindən əməl edilmədiyi hallarda onunla bağlanmış müqavilələr üzrə Operatorun xeyrinə pul öhdəliklərinin icrasından Müştəriyə imtina etmək.

5. Müştərinin hüquqları və öhdəlikləri.

5.1. Müştərinin hüquqları:
5.1.1. Vəkalət alana Operatorla əqdlərin yerinə yetirilməsi və digər hərəkətlərin edilməsi üzrə tapşırıqları ötürmək.
5.1.2. Vəkalət alandan Müqavilə ilə nəzərdə tutulmuş qaydada və müddətlərdə digər xidmətlər almaq.
5.2. Müştərinin öhdəlikləri:
5.2.1. Ödəniş terminalının hər hansı bir funksiyasından istifadə etməkdən əvvəl bu Müqavilə ilə tanış olmaq və onun şərtlərini qəbul etmək.
5.2.2. Əqdlərin icra edilməsi və Vəkalət alanın muzdunun ödənilməsi üçün lazım olan cari avans ödənişlərinin həcmini təmin etmək. Avansın ödənilməsi nağd pul vəsaitləri (Azərbaycan manatı) ilə ödəniş terminalı vasitəsilə həyata keçirilir.
5.2.3. Vəkalət alanın xidmətlərinin haqqını (muzdu) Müqavilədə nəzərdə tutulmuş həcmdə, qaydada və müddətlərdə ödəmək.
5.2.4. Müqavilənin icra edilməsi məsələləri üzrə Vəkalət alanın və Operatorun təlimatlarına ciddi əməl etmək.
5.2.5. Operatorların satdıqları (təqdim etdikləri) malları (xidmətləri) müstəqil qəbul etmək.
5.2.6. Müqavilədə nəzərdə tutulmuş digər öhdəlikləri icra etmək.

6. Avansın qaytarılması.

6.1. Bu Müqavilə üzrə Avansın həm Müqaviləyə xitam verilməsi ilə əlaqədar, həm də Müqaviləyə xitam verilmədən qismən və ya tam qaytarılması mümkündür.
6.2. Avansın qaytarılması yalnız verilmiş Avansların məbləğinin Operatorlara ötürülmüş Sifarişlərin məbləğindən artıq hissədə (qalıq kartı məbləğində) mümkündür.
6.3. Avansın qaytarılmasını almaq üçün Müştəri geri qaytarılmalı olan məbləği təsdiq edən qalıq kartını təqdim etməlidir.
6.4. Avansın Müştəriyə (və ya Müştərinin verdiyi və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmiş etibarnaməsi olan digər şəxsə) qaytarılması, Müştərinin seçimi ilə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə Vəkalət alanını kassasından nağd pul vəsaitləri ilə və yaxud Müştərinin göstərdiyi rekvizitlər üzrə bank köçürməsi yolu ilə həyata keçirilə bilər.
6.5. Cari avans məbləği vəsaitlərin köçürülməsi ilə bağlı xərclərin qarşılanması və muzdun ödənilməsi üçün kifayət etmədiyi təqdirdə Vəkalət alan bu əməliyyatın həyata keçirilməsindən Müştəriyə imtina edir.

7. Vəkalət alan tərəfindən xidmətlərin təqdim edilməsi.

7.1. Müştərinin tapşırığı ilə mülki-hüquqi müqavilələri Vəkalət alan yalnız Operatorlarla bağlaya bilər. Operatorların siyahısı web-serverdə dərc olunur.
7.2. Operatorlarla əqdlərin həyata keçirilməsi qaydası ödəniş terminalının menyusunda və Vəkalət alanın web-serverində dərc olunan təlimatlarda təsvir edilmişdir.
7.3. Cari avansın azalması bilavasitə Müştəri tərəfindən əqdin təsdiq edilməsindən (Operatora Sifarişin formalaşdırılmasından) sonra baş verir.
7.4. Vəkalət alan Müştəriyə malın verilməsində (xidmətin göstərilməsində) iştirak etmir. Malın verilməsi (xidmətin göstərilməsi) və müvafiq sənədlərin (akt, qaimə, zəmanət öhdəliyi və s.) rəsmiləşdirilməsi müəyyən edilmiş qaydalar və prosedurlar əsasında bilavasitə Operator tərəfindən həyata keçirilir.
7.5. Müştəri ilə Operator arasında mübahisə yarandığı təqdirdə Vəkalət alan Müştərinin xahişi ilə ona Müştərinin tapşırığının məzmununu əks etdirən və həmçinin Müştərinin avans kimi verdiyi pul vəsaitinin müəyyən mal (xidmət) üçün Vəkalət alan tərəfindən Operatorun hesabına köçürüldüyünü təsdiq edən (əgər belə köçürmə artıq baş vermişsə), möhürlə təsdiq edilmiş arayış verir.
7.6. Vəkalət alan aşağıdakı hallarda xidmətin göstərilməsində imtina edə bilər:
7.6.1. vəkalət alanın və Operatorun proqram təminatının, aparat vəsaitlərinin və digər bölmələrinin işində xidmətin göstərilməsini qeyri-mümkün edən nasazlıqlar olduğu hallarda;
7.6.2. xidmətin göstərilməsi (əməliyyatların həyata keçirilməsi) nəticəsində Müştərinin cari avansı mənfi olduqda (Vəkalət alanla digər razılaşmalarda başqa hal nəzərdə tutulmamışsa);
7.7. Müştəri tərəfindən bu Müqavilə əsasında Vəkalət alana verilən tapşırıqlar geri çağrıla bilməz.

8. Xidmətlər və malgöndərənlər

8.1. Müqaviləyə uyğun olaraq xidmətlərin göstərilməsinə görə Müştəri Vəkalət alana Tariflərdə nəzərdə tutulmuş həcmdə, qaydada və müddətlərdə muzd ödəyir. Tariflər Operatorun seçilməsi zamanı nömrənin daxil edilməsi ekranında əks etdirilir.
8.2. Vəkalət alan Tariflərlə nəzərdə tutulmuş və Müştərinin cari avansının azaldılması yolu ilə mükafatı müstəqil şəkildə saxlayır.

9. Büdcəyə vergilər və başqa məcburi ödənişlər

9.1. Tərəflər Müqavilənin icrası üzrə onların fəaliyyətindən irəli gələn bütün vergiləri və başqa məcburi ödənişləri büdcəyə müstəqil ödəyir, Vəkalət alanın vergi agenti qismində çıxış etdiyi hallar istisna olmaqla.

10. Tərəflərin Məsuliyyəti.

10.1. Müştəri bü müqavilədən irəli gələn öhdəliklərini, Vəkalət alanın və operatorun müqavilənin yerinə yetirilməsi məsələləri üzrə təlimatlarını icra etməməyə və ya lazımi qaydada icra etməməyə görə yaranmış istənilən zərərə və digər mənfi nəticələrə görə müstəqil şəkildə məsuliyyət daşıyır:
10.1.1. Cari Müqavilənin icrası üçün təşkil olunmuş Sifarişlərin doldurulmasında xətalar;
10.1.2. müqavilələrin Operator olmayan şəxslə bağlanması;
10.1.3. informasiya təhlükəsizliyinin qaydalarına Müştəri tərəfindən riayət edilməməsi.
10.2. Tərəflər əməl etməmə və ya cari Müqavilə üzrə öhdəliklərin lazımi tərzdə icra olunmamasına görə məsuliyyətdən azad olurlar, əgər əməl etməmə fövqəladə xarakterli hadisələrin nəticəsində yekundan sonra qarşısıalınmaz güc şəraitinin nəticəsi olmuşsa,hansıları ki tərəflər nə qabaqcadan nəzərə ala bilərlərdilər, nə ağlabatan ölçülərlə qarşısını ala bilərdilər

11. Mübahisələrin həlli və Müştərilərin iddialarının müzakirə sırası

11.1. Müştərinin iddiası yazılı formada tərtib edilir və
iddiasına nisbətən hadisələrin baş verdiyi tarixdən 30 gün ərzində Müvəkkilə yönəlir 11.2. Müştərinin iddiası növbəti rekviziti özündə saxlamalıdır:
11.2.1.
iddiası üzrə bildirişə nisbətən tarix və şəraitin yaranması vaxtı 11.2.2. Bu cür şəraitin yaranması şərtləri;
?? 11.2.3. Müştəri tələblərinin məzmunu ;
11.2.4. Müştərinin rekvizitləri.
11.3. Müştərinin iddiası əsaslandırılmış
cavab göndərişi ilə onun alındığı tarixdən 10 gün ərzində baxılır 11.4. Razılıq əldə edilmədikdə mübahisələrə məhkəmədə baxılır.

12. Müqaviləyə dəyişikliyin daxil edilməsi sırası

12.1. Vəkalət alan ödəmə terminalında və web-serverdə yeni mətnin yerləşdirilməsi yolu ilə birtərəfli qayda ilə Müqaviləyə dəyişikliklər etmək, həmçinin Tarifləri dəyişdirmək hüququna malikdir.Əgər ayrıca şərt qoyulmamışdırsa, edilmiş dəyişikliklər dərhal qüvvəyə minir.
12.2. Tərəflər Müqaviləyə yazılı formada olan bu cür müqavilələr üçün nəzərdə tutulmuş qanunvericiliyin bütün tələblərinin icrasıyla təşkil edilmiş sənəd kimi baxmağa razılaşdılar.

13. Müqavilənin işlətmə müddəti. Müqavilənin bağlanması və ləğvi

13.1.
13.3. bəndində nəzərdə tutulmuş qaydada Sistem Təşkilatçısının Aksepti alması anından etibarən müqavilə qeyri-müəyyən müddətə bağlanmış hesab edilir. 13.2. Müqavilə
ödəmə terminal vasitəsilə birinci əməliyyatın keçirilməsi anından qüvvəyə minir 13.3. Müqavilənin bağlanması:
13.3.1. Hüquqi şəxslərlə və Sahibkarlarla müqavilə yalnız kağız daşıyıcıda Müştərinin və Müvəkkilin imzası və möhürü ilə bağlanır və.
13.3.2. Fiziki şəxslərlə müqavilə
-nın növbəti yollarındandan biri ilə bağlana bilər (Müştərinin seçimi ilə ) 13.3.2.1. Kağız daşıyıcıda Müştəri və vəkalət alan tərəfindən imzlanmış, müştəri ilə müqavilənin aksept edilməsi və vəkalət alanın akseptin qəbul edilməsi barədə təsdiqinin tədqim edilməsi;
13.3.2.2. Avtomatın düyməsinə basmaqla və pul vəsaitlərinin əskinasqəbuledici ilə Müştəri tərəfindən hər hansı bir əməliyyatın ödəniş terminalında həyata keçirilməsi cari Müqavilənin aksepti hesab edilir.
13.4. Müqavilənin ləğv olunması: Tərəflər tərəfindən bütün öhdəliklərin yerinə yetirilmə tarixindən etibarən Müqavilə bitmiş hesab edilir.

14. Yekun müddəalar

14.1. Müqavilənin icrasıyla əlaqədar təşkil edilmiş və ona istinad edən bütün sənədlər müqavilənin ayrılmaz hissəsi hesab edilir.
14.2. Müqavilədə nəzərdə tutulmamış hər bir halda Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və işgüzar dövriyyə adətlərini rəhbər tuturlar.
14.3. Əgər Müqavilənin hər hansı müddəası etibarsız olursa, bu qalan müddəaların etibarlığına təsir etmir.
14.4. Hər hansı Tərəfin müqavilə üzrə öz öhdəliklərindən birinin yerinə yetirilməməsi cari Müqavilənin digər hüquq və öhdəliklərinin yerinə yetirilməsinə imtina təşkil etmir.
14.5. Müştəri tərəfindən hesab xətasının aşkarlanması hallarından başqa, bütün hallarda Sistem Təşkilatçısı tərəfindən Müqavilə üzrə tərtib olunmuş bütün hesablar, həmçinin Müqaviləyə aid olan suallar üzrə çıxarılmış nəticələr sonuncu üçün icbari hesab edilir.
14.6. Əgər Müqavilə üzrə hesablamaların keçirilməsi vaxtı yuvarlaqlaşdırma tələb olunursa, o ümumi qaydalar üzrə böyük hesab üçün edilir .